Ötən gecə Novxanı-Sumqayıt yolunda ağır qəza olub.
“Qafqazinfo” xəbər verir ki, saat 01 radələrində Sahil küçəsində yerləşən “Gəmi” restoranının önündə iki avtomobil toqquşub.
Belə ki, 1961-ci il təvəllüdlü İlqar İbrahim oğlu Quliyevin idarə etdiyi “Lexus” markalı 90 SS 344 nömrə nişanlı avtomobil ilə 1990-cı il təvəllüdlü Əlfəddin Əlfəddin oğlu Əbdülhəsənovun idarə etdiyi “KİA” markalı 99 UJ 848 nömrəli maşın toqquşub.
Nıəticədə avtomobillər tamamilə yararsız hala düşüb. Ə.Əbdülhəsənov və sərnişini olan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova xəstəxanaya yerləşdiriliblər. Lakin az sonra G.Hüseynova vəfat edib. Ə.Əbdülhəsənovun vəziyyəti orta-ağırdır.
Araşdırmalar ŞPİ tərəfindən aparılır.