Nikol Paşinyan hələ də Katolikosun rezidensiyasına daxil olub onu vəzifədən uzaqlaşdırmaq niyyətindən əl çəkməyib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hələ də Qriqoryan Kilsəsinin rəhbəri olan Katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması planından imtina etməyib.
Mənbələrin yazdığına əsasən, Paşinyan bu məsələnin yalnız dəqiq hesablanmış, hərtərəfli hazırlanmış plan əsasında həyata keçirilməli olduğunu komandasına bildirib.
O vurğulayıb ki, rezidensiyaya daxil olmaq mümkün olarsa, nəticə yüz faiz təmin olunacaq. Hazırda hakimiyyət daxilində bu planın gec-tez həyata keçiriləcəyinə dair tam inam var və təkcə səbirli olmaq lazımdır.
Məlumatlara əsasən, Paşinyan Katolikosun istefasının vaxtını dəqiq göstərməyib, lakin onun fikrincə, Katolikos nə qədər gec getsə, bu, hökumətin maraqları üçün bir o qədər əlverişlidir.
Erməni mediası həmçinin bildirir ki, bütün siyasi təzyiqlərə və çağırışlara baxmayaraq, Katolikos sonda könüllü şəkildə istefa verəcək. Bu isə Paşinyanın planının tədricən, lakin idarə olunan şəkildə həyata keçiriləcəyini göstərir.
Hazırda bu məsələ Ermənistanda cəmiyyətin və siyasi qüvvələrin ciddi narahatlığına səbəb olub. Bir çoxları dövlətin kilsəyə təzyiqini konstitusiya və dini azadlıqlar baxımından qəbuledilməz sayır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта