RU

Tikinti sahəsinə bir ayda 57 milyon manat biznes kredit verilib

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının tikinti sahəsinəverilmiş biznes kredit portfeli 1,543 milyard manat təşkiledib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 57 milyonmanat (3,8%), ötən ilin eyni dövrü ilə nisbətdə isə 156 milyonmanat (11,2%) artıb.

Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmişbizneskreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 1,486 milyard manat,ötən ilin iyulun 1-nə isə 1,387 milyard manat təşkil edib.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda banklarınkredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kreditportfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyardmanatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipotekakreditləri təşkil edib.

Избранный
63
2
az.trend.az

10Источники