Rusiya ordusu Zaporojye vilayətində yerləşən cəzaçəkmə müəssisəsinə raket hücumu təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, nəticədə 16 nəfər həyatını itirib, 35 nəfər xəsarət alıb.
Dnipropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak da “Telegram” üzərindən verdiyi açıqlamada, Rusiya ordusunun gecə saatlarında Kamyanske şəhərinə FAB tipli bombalarla hücum etdiyini bildirib.
Lisak hücum nəticəsində 2 nəfərin həlak olduğunu, 5 nəfərin yaralandığını, bir xəstəxana binasının isə zədələndiyini qeyd edib.