UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Hayduk”un qonağı olacaq “Zirə” səfərə yola düşüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Komanda görüşün keçiriləcəyi Split şəhərinə yollanıb.
Qeyd edək ki, Bakıda baş tutan ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Cavab qarşılaşması iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.