Suriyanın şimal-şərqində fəaliyyət göstərən PKK/YPG silahlı qruplaşması ilə bağlı danışıqlar ən qısa zamanda Parisdə keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi "X” hesabında bəyanat yayıb.
Bildirilib ki, Fransa Xarici İşlər naziri Jan-Noel Barrot və ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla birlikdə Parisdə keçirilən görüşdə Suriyada siyasi keçidin dəstəklənməsi ilə bağlı konsensusa gəlinib.
“Suriya hökumətinin, xüsusilə də ölkənin şimal-şərqi və Süveydada milli harmoniya və barışığa yönəlmiş səylərinin dəstəklənməsi üçün razılıq əldə olunub. 10 mart tarixli razılaşmanın tam icrasına dair növbəti mərhələnin Parisdə baş tutması planlaşdırılır”, - açıqlamada qeyd olunub.