RU

İstanbul Aydın Universitetinin akademik heyəti Bakıda səfərdə olub-FOTOLAR

Türkiyənin İstanbul Aydın Universitetinin( İAU) akademik heyəti Azərbaycana rəsmi səfər edib.

Editor.az xəbər verir ki, səfər çərçivəsində bir sıra aparıcı ali təhsil müəssisələrində görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və ilkin razılaşmalar əldə edilib.

Heyətin tərkibinə səhiyyə, beynəlxalq münasibətlər, idarəetmə və tərcümə sahələrini təmsil edən akademiklər daxil olub. Onlar Azərbaycanın müxtəlif universitetlərini ziyarət edərək magistratura və doktorantura proqramlarında birgə fəaliyyət, elmi-tədqiqat əməkdaşlıqları, tələbə və müəllim mübadiləsi üzrə təkliflər irəli sürüblər.

Görüşlərdə ikili diplom proqramları, ortaq elmi layihələr və regional filiallarla əməkdaşlıq kimi mövzular ön planda olub. Proseslərin koordinasiyası İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr İdarəliyi vasitəsilə həyata keçiriləcək.

Tərəflər arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə konkret addımlar atılıb və tərəfdaşlıq istiqamətində qarşılıqlı maraq ifadə olunub. Universitet nümayəndələri Azərbaycandakı universitetlərin qonaqpərvərliyini və akademik potensialını yüksək qiymətləndiriblər.

//Editor.az

Избранный
27
editor.az

1Источники