Hurriyyet.az TASS informasiya agaentliyinə istinadla xəbər verir ki, ABŞ Quru qoşunlarının podpolkovniki Ceffri Frits Çin Xalq Respublikasının Arktika bölgəsindəki fəaliyyətini ziləmək məqsədilə Rusiyanın Komandor adalarını satın almaq təşəbbüsü ilə çıxış edib. O, "Breaking Defence" portalı üçün yazdığı məqalədə belə bir təşəbbüslə çıxış edib.
Frits yazıb: "Təklif ondan ibarətdir ki, ABŞ Çinin Şimal Buzlu okeanına nüfuz eləmək cəhdləri üçün mümkün sualtı fəallığını monitorinq etmək məqsədilə Komandor adalarını Rusiya Federasiyasından 15 miyard dollar qiymətə satın alsın".
Onun sözlərinə görə, belə bir sövdələşmə ABŞ-nin "təhlükəsizliyini möhkəmləndirməyə" və Arktikada "Amerikanın liderliyini" təsdiqləməyə kömək edəcək. Onun sözlərinə görə, bir vaxtlar Alyaskanın satın alınmasını da faydasız hesab ediblər. Lakin bu gün o, Amerikanın enerji və müdafiə strategiyasının əsas elementinə çevrilib.
Frits Arktikada Çinin fəallığının artmasından, Qütb İpək Yolu dəniz ticarət yolu layihəsinin bir hissəsi olaraq bölgəyə investisiyalar qoymasından narahatlığını ifadə edib. Hərbçi qeyd edib ki, Çinin sualtı qayıqları nəzəri olaraq, Tsindao ərazisindəki Tzyanqeçjuan hərbi-dəniz bazasından Berinq boğazı vasitəsilə Arktikaya keçə və Arktika buzları altında fəaliyyət göstərə bilərlər ki, bu da onların aşkarlanmasını çətinləşdirər. Dənizdən buraxılan ballistik raketlərlə silahlanmış bu sualtı qayıqalr ABŞ-ın Nyu-York və Vaşinqton kimi şəhərləri üçün təhlükə yarada bilər. Amerikalı zabit hesab edir ki, bu marşrut boyunca yerləşən Komandor adalarının alınması Amerikaya Çin sualtı qayıqlarını izləmək məqsədilə sualtı müşahidə sistemlərinin yerləşdirilməsi üçün ərazi əldə etmək imkanı verəcək.
Komandir adalarının əsas geofiziki üstünlüklərindən biri buz örtüyünün nisbətən aşağı səviyyədə olmasıdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu açıqlamaya münasibət bildirərək, ərazinin satılmadığını vurğulayıb: "Bu məsələni şərh etməyə dəyməz, çünki ölkəmizdə Vətəni satmaq həm qanun, həm də vicdan baxımından ən dəhşətli cinayətlərdən biri hesab olunur".
Hürr Tərcüman