RU

Çində fəlakət: 30 nəfər ölüb, 80 min təxliyə olunub - Dəhşətli görüntülər

Çində yağan leysan yağışlar fəlakətə səbəb olub. Xüsusilə paytaxt Pekin və onun ətraf bölgələrində ciddi daşqınlar qeydə alınıb.

Ölkə.Az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, güclü yağışlar nəticəsində Pekin ətrafında yerləşən bir neçə kənd tamamilə su altında qalıb.

İndiyədək 30 nəfər həyatını itirib, 80 min sakin təxliyə olunub. Azı 41 çay məcrasından çıxaraq yaxın əraziləri basıb. Sinoptiklərin proqnozuna görə, leysan yağışlar daha üç gün davam edəcək.

Избранный
29
1
olke.az

2Источники