RU

Lüksemburqda ölümcül virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür

Paris, 29 iyul, AZƏRTAC

Lüksemburq parlamentində “Borna” adlanan virusun bu ölkə üçün təhlükə yaradıb-yaratmadığı müzakirə edilib. Buna səbəb Almaniyanın Bavariya bölgəsində 1 nəfərin bu virusdan həyatını itirməsi və daha 1 yoluxmuş şəxsin müalicə olunmasıdır.

AZƏRTAC xəbər verir ki, Lüksemburqun Səhiyyə Nazirliyi yoluxma baş versə, təcili tədbirlərin görüləcəyini açıqlayıb. Bildirilib ki, xəstəxanaların təcili yardım şöbələrindən real vaxtda məlumat toplamaq üçün sistem hazırlanır. Bu sistem ilk simptomları erkən aşkarlayıb, operativ tədbir görməyə imkan verəcək.

Bundan başqa, əhaliyə ölmüş heyvanlara ehtiyatla yanaşmaq tövsiyə edilib.

Səhiyyət Nazirliyi ilə yanaşı, digər dövlət qurumlarının da bu istiqamətdə tədbirlər həyata keçirdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Borna” virusuna yoluxan insanlarda, adətən, başağrısı, hərarət və ümumi halsızlıq müşahidə olunur. Bir neçə gün ərzində davranış, nitq və hərəkət pozğunluğu kimi nevroloji simptomlar inkişaf edə bilər. Virusun ağır beyin iltihabına keçərək komaya və ölümə səbəb olması mümkündür. Xüsusi müalicəsi və ya vaksini yoxdur. Virusun yeganə təbii daşıyıcısı tarla sicanıdır.

Onu da bildirək ki, hazırda İsveçrə, Lixtenşteyn və Avstriyada da “Borna” virusunun yayılma ehtimalı var.

Избранный
8
azertag.az

1Источники