UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Petrokub” oyununa satılan biletlərin sayı açıqlanıb.
İdmanxeber.az-a verilən məlumata görə, görüşə artıq 3600 bilet satılıb. Oyun gününə qədər bu rəqəmin artacağı gözlənilir
Bununla yanaşı, Moldova tərəfi qarşılaşmaya ciddi maraq göstərmir. Belə ki, görüş üçün sözügedən ölkədən Bakıya azarkeş və jurnalistin gəlməsi gözlənilmir.
Xatırladaq ki, matç iyulun 31-də, saat 20:00-da start götürəcək.