Avtomobil nəhəngi Teslanın baş direktoru Elon Musk, şirkətin "Samsung"la 16.5 milyard dollarlıq çip təchizatı müqaviləsi imzaladığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu razılaşma, "Samsung"un son dövrlərdə zərər edən müqaviləli istehsal sahəsinə əhəmiyyətli bir dəstək verə bilər.
Müqavilənin elan edilməsindən sonra "Samsung"un səhmləri 6.8% artaraq 2023-cü ilin sentyabr ayından bəri ən yüksək səviyyəsinə çatıb. "Tesla"nın səhmləri isə ABŞ bazarlarında birja açılmamışdan əvvəlki əməliyyatlarda 1.9% yüksəlib.