“Barselona”nın yeni transferi Runi Bardqi məşqçilər heyətini öz performansı ilə təəccübləndirməyə davam edir.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hans Diter Flik və onun köməkçiləri isveçli vingerin fiziki hazırlığından olduqca təsirləniblər.
19 yaşlı futbolçu komandaya əla fiziki formada qoşulub və bu günlərdə bir çox komanda yoldaşlarını geridə qoyur.
“Barselona” Runi Bardqini iyulun ortalarında Danimarkanın “Kopenhagen” klubundan 2,5 milyon avroya transfer edib.
Gənc oyunçu artıq ilk yoxlama matçında fərqlənməyə müvəffəq olub. O, Yaponiya təmsilçisi “Vissel Kobe”yə qarşı keçirilən oyunda (3:1) qol vurub.
Oyundan sonra Flik bildirib ki, isveçli oyunçuya əsas heyətdə daha çox şans verməyi planlaşdırır.