Azərbaycan millisinin və "Polesye"nin yarımmüdafiəçisi Emil Mustafayev yeni mövsümə Azərbaycan Premyer Liqasında başlaya bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Jitomir təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq Mustafayev iş yerini dəyişmək niyyətindədir.
O, daha çox oynaya biləcəyi klublardan birinə keçmək və milliyə müntəzəm olaraq dəvət almaq istəyir. Ötən yay adı "Zirə" ilə yanaşı çəkilən Emillə "Sumqayıt" və "Karvan" da maraqlanır.
Xatırladaq ki, Emil Azərbaycanın əsas millisində ötən il martın 22-də, Monqolustan yığması ilə yoldaşlıq oyununda (1:0) debüt edib.
Nihat