RU

"Tesla" və "Samsung" çip müqaviləsi imzaladılar

Tesla baş direktoru Elon Musk, "Samsung Electronics" ilə 16,5 milyard dollarlıq çip tədarükü müqaviləsi imzaladığını açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, müqavilə çərçivəsində Samsung, Tesla-nın yeni AI6 çiplərini istehsal edəcək. Samsung səhmləri 6,8 faiz, Tesla səhmləri isə 1,9 faiz artıb.

Musk, Taylor şəhərindəki Samsung-un yeni çip fabrikində istehsal ediləcək çiplərin səmərəliliyinin artırılmasında şəxsən iştirak edəcəyini bildirib. Müqavilə, Samsung-un Texas fabrikinin gələcəyi üçün kritik əhəmiyyət kəsb edir.

Yeni çiplərin istehsalı 2027-2028-ci illərdə başlaya bilər, lakin hələ dəqiq tarix məlum deyil. Samsung, hazırda Tesla-nın AI4 çiplərini istehsal edir.

Избранный
22
manset.az

1Источники