Bakı, 29 iyul, AZƏRTAC
Almaniyanın “Bavariya” komandası qapıçısı Sven Ulrayxla müqavilənin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı qolkiperlə 2026-cı ilin yayınadək sözləşmə imzalanıb.
Qeyd edək ki, təcrübəli qapıçı 2021-ci ildən “Bavariya”da çıxış edir. O, 2015-2020 illərdə də Münhen klubunun formasını geyinib.