RU

Ukrayna: Rusiyanın Zaporojyadakı həbsxanaya hücumu nəticəsində 16 nəfər ölüb

Ukrayna:

Ukrayna Rusiya ordusunun Zaporojya vilayətindəki həbsxanaya endirdiyi hava zərbəsi nəticəsində 16 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram hesabında Rusiya ordusunun gecə saatlarında bölgəyə FAB tipli bombalarla hücum etdiyini yazıb.

Fedorov rusların bölgəyə 8 dəfə hücum etdiyini və hücumda həbsxananın da hədəf alındığını bildirib.

Fedorov deyib: "Cəzaçəkmə müəssisəsi də vurulub. 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Müəssisə binası sökülüb".

Dnepropetrovsk vilayətində baş verən hücumda iki nəfər ölüb

Bu arada Ukraynanın Dnepropetrovsk vilayəti üzrə Hərbi Administrasiyasının rəhbəri Sergiy Lisak da eyni hesabla bəyan edib ki, Rusiya ordusu gecə ərzində Kamyanske şəhərinə FAB tipli bombalarla hücum edib.

Lisak qeyd edib ki, iki nəfər ölüb, beş nəfər yaralanıb, xəstəxana binasına ziyan dəyib.

Məryəm Quliyeva

Избранный
16
2
xalqcebhesi.az

3Источники