RU

"Formula 1": Ferstappen 2019-cu ildən bu yana ən pis nəticəni göstərib

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Maks Ferstappen ardıcıl üç Qran-pridə fəxri kürsüdən kənarda qalmaqla 2019-cu ildən bu yana ən pis nəticəni göstərib.

"Report" xəbər verir ki, o, Avstriyadakı yarışı başa çatdıra bilməyib. İngiltərə Qran-prisini beşinci, Belçikada keçirilən yarışı isə dördüncü tamamlayıb.

6 il əvvəl isə niderlandlı sürücü müvafiq olaraq Rusiya, Yaponiya və Meksika Qran-prilərində fəxri kürsüyə yüksələ bilməmişdi.

Qeyd edək ki, Maks Ferstappen hazırda 185 xalla sürücülərin sıralamasında üçüncü sırada qərarlaşıb. Siyahıya “Maklaren”in pilotu Oskar Piastri (266 xal) başçılıq edir.

Избранный
18
report.az

1Источники