RU

IDEF-2025: STM şirkətinin VTOL tipli yeni PUA-sı ilk dəfə təqdim olunub

STM şirkəti vertikal qalxma və enmə (VTOL) qabiliyyətinə malik yeni STM VTOL pilotsuz uçuş aparatını (PUA) ilk dəfə IDEF-2025 sərgisində təqdim edib.

“Poliqon” xəbər verir ki, STM VTOL, uzun müddət havada qalma, müxtəlif tip sursat və yüksək faydalı yük daşıma qabiliyyəti ilə həm hərbi, həm də mülki tapşırıqlar üçün uyğun PUA-dır.

STM şirkətinin baş direktoru Özgür Güleryüz taktiki PUA sahəsində önəmli layihələrə imza atdıqlarını bildirərək, yeni pilotsuz uçuş aparatı ilə bağlı fikirlərini bölüşüb:

“Fırlanan qanadlı məhsullarımızla yanaşı, sabit qanadlı taktiki PUA məhsullarımızda da sahənin tələblərinə cavab verəcək konseptual bir işi reallaşdırdıq. Eniş-qalxış zolağına olan ehtiyacı aradan qaldıran və uzunmüddətli tapşırıqlarda üstünlük təmin edən STM VTOL həllimiz 10 kq-yə qədər faydalı yük daşıma qabiliyyəti və çox yönlü missiya icra imkanları ilə yalnız hərbi əməliyyatlarda deyil, eyni zamanda fəlakət, axtarış-xilasetmə və kritik logistika tapşırıqlarında da istifadə oluna bilər. Dəniz platformalarından və ya istənilən quru nöqtəsindən qalxa bilər. VTOL məhsulumuz FPV dron, 81 mm-lik PUA sursatı və ya ağıllı sursat buraxa biləcək. Yerli və milli həllərlə yalnız bu günün deyil, sabahın ehtiyaclarını da qarşılamağa davam edirik”, – deyə Ö.Güleryüz vurğulayıb.

STM tərəfindən hazırlanmış sabit qanadlı STM VTOL pilotsuz uçuş aparatı eniş-qalxış zolağına olan ehtiyacı ortadan qaldıran quruluşu və avtonom tapşırıq icra qabiliyyəti ilə həm hərbi, həm də mülki əməliyyatlarda çoxşaxəli imkanlar təqdim edir. Uzun müddət havada qalması və yüksək faydalı yük qabiliyyəti ilə seçilən bu PUA, kəşfiyyat, müşahidə, sursat buraxma, səth üzərində mina axtarışı kimi vəzifələri avtonom şəkildə icra edə bilir. İnteqrasiya edilmiş EO/IR müşahidə sistemləri sayəsində həm gündüz, həm də gecə tapşırıqlarını yerinə yetirə bilən STM VTOL, tək əsgər qısa müddətdə istifadəyə hazır vəziyyətə gətirilə bilər.

Bacarıqlar:

Kəşfiyyat, müşahidə;

Avtonom tapşırıq planlaması;

Gündüz/gecə əməliyyatları;

Modul konstruksiya.

Əsas texniki xüsusiyyətlər:

Havada qalma müddəti – ≤ 2 saat;

Faydalı yük daşıma qabiliyyəti – ≤ 10 kq;

Uçuş məsafəsi (mənzil) – 30 km;

Maksimum kruiz sürəti – 25 m/s;

GNSS-dən asılı olmayan tapşırıq icrası.

Faydalı yük seçimləri:

2 x TUNGA ağıllı sursatı;

4 x 81 mm-lik PUA sursatı;

2 x “KarguFPV” daşıma və buraxma sistemi.

1753708881

Избранный
13
poliqon.az

1Источники