RU

Torosyan: Bizdən dəhlizin Rusiyaya verilməsini tələb edirlər

BAKI, 29 iyul. TELEQRAF

“Rusiya agenturası Rusiyaya Ermənistan ərazisindən dəhliz vermək istəyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arsen Torosyan deyib.

“Ermənistanın (müxalif) siyasi spektrinin böyük bir hissəsi artıq bir neçə ildir ağzı köpüklənə-köpüklənə 10 noyabr bəyanatına istinad edir, “Rusiya dəhlizi”nin təmin edilməsinin qaçılmaz olduğunu və bunu nə qədər tez etsək, bir o qədər yaxşı olacağını iddia edir. Bu gün isə bütün Rusiya agenturası özünü “Amerika dəhlizi” ilə mübarizəyə atıb.

Artıq “dərhal verilməlidir, əks halda fəlakət olacaq” demirlər, çünki onlara görə dəhlizi alan artıq Rusiya yox, ABŞ-dir. Bütün bunlar əslində kimin ekstraterritorial dəhliz (Zəngəzur dəhlizini nəzərdə tutur – red.) vermək və kimə vermək istədiyini bir daha sübut edir.

Rusiya agenturası Rusiyaya Ermənistan ərazisindən dəhliz vermək istəyir, indiki hakimiyyət isə (Azərbaycanla) ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri çərçivəsində bütün yolların açılmasını istəyir. Bizim fərqimiz budur”, - Torosyan bildirib.

Избранный
4
teleqraf.com

1Источники