RU

İrəvandan Moskvaya uçan təyyarə Azərbaycanla sərhəddə təcili eniş etdi

İrəvan-Moskva (Domodedovo) reysi ilə uçan “FlyOne” aviaşirkətinin 3F315 reysi sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi ilə əlaqədar Mahaçqala hava limanında məcburi eniş edib.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ekipaj yaranmış vəziyyətə operativ reaksiya verib və sərnişinə təcili tibbi yardım göstərmək üçün Mahaçqalaya enməyə qərar verib. Enişdən dərhal sonra təyyarəyə təcili tibbi yardım maşını gəlib və sərnişin təcili əməliyyat üçün xəstəxanaya aparılıb.

Tural

Избранный
15
publika.az

1Источники