RU

İspaniyada 3,5 ton narkotik vasitə kakao və portağal görünüşündə ələ keçirilib

İspaniya polisi ölkənin cənubundakı Kadis əyalətində narkotacirlərin kakao və portağal kimi təqdim edilən bir neçə ton narkotik vasitə həşiş müsadirə edib.

Qaziler.az bildirir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları İspaniyanın cənubunda xüsusi təhlükəsizlik planı çərçivəsində çəkisi 3500 kq olan həşiş partiyasını ələ keçiriblər.

Cinayətkarlar 1800 kq həşişin bir hissəsini portağallara bənzəyən vasitələrə bükərək ölkəyə gətirilməsinə nail olublar. Qalan narkotik vasitələri isə tikinti materiallarından və kakaodan ibarət olan torbalara qoyublar.

QAZİLER.AZ

Избранный
13
qaziler.az

1Источники