RU

Fransa Cənubi Qafqazda suyu bulandırmağa çalışır



"Fransa heç bir halda Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasını istəmir. Rəsmi Parisin vaxtaşırı atdığı təxribat xarakterli addımlar, ortaya qoyduğu ermənipərəst və Azərbaycanın maraqlarına zidd mövqe belə deməyə əsas verir. Bu günlərdə Fransa Milli Assambleyasında müzakirəyə təqdim olunan bədnam qətnamə layihəsi də bunun tərkib hissəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, sözügedən sənəd başdan ayağa antiAzərbaycan əhval-ruhiyyəsində hazırlanıb və məqsəd Ermənistanla Azərbaycan arasında formalaşmaqda olan etimad mühitinə zərbə vurmaqdır:

"Məlumdur ki, Abu-Dabidə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra tərəflər arasında mövcud olan bir sıra problemli məsələlər də aradan qalxıb. Artıq Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasını da normal qarşılayır. Belə bir vaxtda fransız deputatların irəli sürdüyü məlum sənəd tərəflər arasında gərginlik yaratmağa yönəlmiş cəhddən başqa bir şey deyil".

Arzuman Muradlı qeyd edib ki, Ermənistan hakimiyyəti bədnam Artsax ifadəsindən imtina etdiyi bir halda, fransız parlamentarilərin yenidən tarixin arxivinə atılmış bu məsələni qabartması Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqla yanaşı, eyni zamanda beynəlxalq hüququn pozulmasıdır:

"Çünki beynəlxalq hüquqda, heç bir sənəddə Artsax adlı termin yoxdur və ola da bilməz. Sadəcə rəsmi Paris ənənəsinə sadiq qalaraq yenidən Qafqazda suları bulandırmağa çalışır".

Süleyman
Избранный
16
newscenter.az

1Источники