RU

Xamenei: “İranı tərəqqi və şöhrət zirvəsinə gətirəcəyik” | VİDEO

AzVision.az xəbər verir ki, İranın ali dini lideri Əli Xamenei bu gün İsraillə son müharibədə həlak olanların xatirəsinin anılması mərasimində belə deyib.

“Cinayətkar Amerikanın başçılıq etdiyi dünya təkəbbürü sizin dininizə və elminizə qarşı mübarizə aparır. Onlar sizin dininizə, xalqın bu dərin inancına, İslam və Quran bayrağı altında birliyə qarşıdırlar. Onlar sizin elminizə qarşıdırlar. Düşmənlərimizə baxmayaraq, biz İranı tərəqqi və şöhrət zirvələrinə apara biləcəyik”,- İslam Respublikasının rəhbəri vurğulayıb.

Eyni zamanda, İran Ordusunun Baş qərargah rəisi Əbdülrəhim Musəvi bəyan edib ki, İslam Respublikası“ABŞ və sionist rejimin söz və vədlərinə inanmır”“gələcəkdə onların hücumunu dəf etməyə tam hazırdır”.

Onun sözlərinə görə, ABŞ və İsrail İranla silahlı münaqişə zamanı beynəlxalq hüquqa riayət etmək niyyətində olmadıqlarını dünya ictimaiyyətinə göstərdilər:“Lakin düşmən ciddi itkilər verdi və öz məqsədlərinə çatmadı və buna görə də sionist rejimin xilası üçün atəşkəs istədi”.



Sahil İsgəndərov
AzVision.az
Избранный
11
1
azvision.az

2Источники