RU

Britaniyanı Şimal dənizində neft hasilatını stimullaşdırmağa çağırdı

Operativ MM portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya hakimiyyətini Şimal dənizində neft quyularının qazılmasına investisiya yatırmağa çağırıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, bu ehtiyatları Birləşmiş Krallığın əsas sərvəti adlandırıb.

"Şimal dənizi nefti  Birləşmiş Krallıq üçün bir xəzinədir. Amma vergilər o qədər yüksəkdir ki, bu nefti hasil etmək mənasız görünür. Onlar əslində neft və hasilat şirkətlərinə ‘siz bizə lazım deyilsiniz’ demiş olurlar. Neft hasilatını stimullaşdırın. Böyük Britaniya böyük qazanc əldə edər, əhali isə daha ucuz enerji qiymətləri ilə faydalanar”, - o qeyd edib.

Tramp bundan əvvəl Şotlandiyanın Aberdin limanını Birləşmiş Krallığın əsas neft mərkəzinə çevirməyi təklif etmişdi.

Hazırda ABŞ Prezidenti Böyük Britaniyada səfərdədir. O, 25 iyulda Şotlandiyaya beş günlük tur çərçivəsində yola düşüb və özünün Turnberri qolf kurortunda qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
operativmm.az

2Источники