BAKI, 29 iyul. TELEQRAF
“STAR” neft emalı zavodu (NEZ) 2025-ci ilin yanvar-may aylarında 4 milyard 307 milyon 852,48 min ton xam neft idxal edib.
Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalda 5,7% azalma olub. Şirkət hesabat dövründə bazarda 23,05%-lik pay ilə ikinci olub.
2025-ci ilin ilk 5 ayında “STAR” NEZ 1 milyard 475 milyon 97,23 min ton dizel, 150 milyon 455,25 min ton isə aviayanacaq ixrac edilib. Şirkət hesabat dövründə ümumilikdə 2 milyard 149 milyon 788,42 min ton müxtəlif yanacaq növləri ixracı və bazarda 32,70%-lik payla bu sahədə də ikinci olub. Ötən ilin müvafiq dörü ilə müqayisədə ixracda 6,2% artım olub.
Qeyd edək ki, cari ilin may ayında zavodda 40 milyon 46,420 min ton emal olunmuş qaz istehsal edib. Şirkətin emal olunmuş qaz istehsalı ötən illə müqayisədə 19,42% artıb.