Rusiyada imperiyaçılıq və millətçi şovinizm yenidən çiçəklənir. Son dövrlərdə internetdə ölkənin müxtəlif xalqlarına qarşı hörmətsiz və təhqiramiz münasibətin sübutu olan çoxsaylı materiallar yayılır.
Bizim.Media xəbər verir ki, bu dəfə növbəti qalmaqala Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı, keçmiş xokkeyçi Vyaçeslav Fetisov səbəb olub.
Ekologiya ilə bağlı tədbirdə çıxışı zamanı o, Buryatiya sakinlərini “maskarad geyinmiş aktyorlar” (yəni, ciddi olmayan, formal, dekorativ adamlar) adlandırıb, yerli məmurları isə “anlaşılmaz adamlar” kimi təqdim edib.
Onun fikrincə, belə insanlar müzakirə masasında oturmamalı, “kənarda dayanmalıdır”.
Buryatiya rəhbəri Aleksey Tsıdenov bu sözlərə soyuqqanlılıqla cavab verərək, deputatın fikirlərini xalqına çatdıracağını deyib. Cavab olaraq isə Fetisov kobud şəkildə “Nə istəyirsən, çatdır” deyə atmacalı cavab verib.
Fetisova xatırlatmaq yerinə düşərdi ki, buryatlar Rusiyanın ən böyük yerli xalqlarından biridir. Və bu xalqın öz torpağı haqqında danışmağa, nəinki yeni mandat almış keçmiş xokkeyçidən, hətta bir çox mərkəzi fiqurlardan daha çox haqqı var.
Şovinizm çoxmillətli ölkə üçün yaramaz bir yoldur. Əgər bu cür alçaldıcı ritorika bir gün protokol çərçivələrindən kənara çıxarsa, onda Fetisovun buz üzərindəki xokkey davası yüngül isinmə məşqi kimi görünə bilər.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта