RU

Kənan Quliyev “Karvan”a lazım olmadı

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” futbolçusu Kənan Quliyev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi ilə müddəti başa çatmış müqavilə yenilənməyib. Klub Kənana xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Karvan” Kənan Quliyevdən öncə Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov və Roman Hüseynovla da yollarını ayırmışdı. Gedənlərin əvəzində Yevlax klubu Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant və Vüsal Məsimov kimi futbolçularla güclənib. Kamran İbrahimovla da yeni müqavilə imzalanb.

Избранный
44
arena.az

1Источники