RU

Növbəti “Qadınlar üçün Kosmos” mentorluq proqramı uğurla başa çatıb

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bağlanış mərasimində qadınların kosmik sahənin inkişafında mühüm rol oynadığı vurğulanıb. Həmçinin, cəmiyyətimizdə gender bərabərliyinin təşviqi və gənc qadınların elmə və texnologiyaya olan marağının artırılması üçün bu kimi təşəbbüslərin əhəmiyyəti qeyd edilib. Tədbir çərçivəsində proqramın yekunlarına dair təqdimat nümayiş olunub. Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub və onlara hədiyyələr verilib. “Qadınlar üçün Kosmos” mentorluq proqramının əsas məqsədi Azərbaycanda qadınların kosmos sahəsindəki potensialını aşkar etmək, onlara təhsil və karyera yolunda fərdi mentorluq dəstəyi vermək, həmçinin onların bu sahədə qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdir. 18-35 yaş arası, kosmos və əlaqəli sahələrə maraq göstərən qadınlar üçün nəzərdə tutulan proqram, iştirakçıları kosmik sənayenin müxtəlif istiqamətlərində çalışan peşəkarlarla bir araya gətirir. Bu il proqrama 15 müxtəlif şəhərdən, o cümlədən ölkə xaricindən ümumilikdə 138 müraciət daxil olub. Seçim meyarlarına tam cavab verən 10 iştirakçı proqramda iştirak hüququ qazanıb. Onlar aprel-iyun ayları ərzində 5 təcrübəli mentor ilə birbaşa görüşlərə qatılıb, eləcə də 20-dən çox peşəkar inkişaf seminarı və vebinarda iştirak ediblər. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
azvision.az

1Источники