RU

Makronu “Emmanuel” çağırır, o da “Doonaaldd” deyə cavab verir – Şəxsi mesajlar… ŞOK DETAL

ABŞ prezidenti Donald Tramp dünya liderləri ilə ənənəvi diplomatik qaydalardan kənara çıxan ünsiyyət metodunu mənimsəyib. Şəxsi telefon zəngləri və mətn mesajları vasitəsilə həyata keçirilən bu diplomatiya üslubu bəzən beynəlxalq böhranları yüngülləşdirməyə kömək etsə də, şəxsi söhbətlərin sızması riskini də daşıyır.

Ulusal.az xarici mediaya istinadən xəbər verir ki, ilk prezidentlik dövründə bir çox xarici dövlət başçılarına şəxsi mobil telefon nömrəsini verən Tramp rəsmi protokolları bir kənara qoyaraq birbaşa görüşlər keçirir. Bu təcrübə Trampın ikinci prezidentlik dövründə də davam edir. Fransa prezidenti Emmanuel Makrondan tutmuş İngiltərə baş naziri Keir Starmerə qədər bir çox lider Trampla qurduqları şəxsi əlaqələrin diplomatik proseslərə müsbət təsir etdiyini bildirib.

Trampa yaxın mənbə bildirib ki, ABŞ prezidenti liderlərlə gözlənildiyindən daha çox görüş keçirib. Mənbənin sözlərinə görə, danışıqların əksəriyyətində rəsmi məsələlər müzakirə olunub və Tramp tez-tez liderlərlə qeyri-rəsmi söhbətlər edib.

68889a4ea7062daffe61082a.jpg

Trampla mütəmadi olaraq danışanlar arasında Fransa prezidenti Emmanuel Makron, Səudiyyənin vəliəhdi Məhəmməd bin Salman və İngiltərənin baş naziri Keir Starmer də var.

Makronla Trampın görüşünə şahid olan digər mənbə isə iki liderin səmimi münasibətini qeyd edib. Trampın ilk dönəmində də Fransa prezidenti olan Makron ABŞ lideri ilə fikir ayrılıqlarını ictimaiyyətdən gizlətməyən azsaylı liderlərdən biri idi. Makron NATO sammitində ABŞ-ın Avropa İttifaqına tətbiq etdiyi tarifləri tənqid edib.

Bununla belə, “Tramp “Emmanuell” deyə çağırırdı, Makron isə “Doonalddd” deyə, cavab verirdi” – deyən mənbə belə dialoqların tez-tez baş verdiyini bildirib.

Makronun Trampla danışıqlarına şahid olan başqa bir şəxs deyib: “Onların aralarında bir rahatlıq var və bu, Makrona bəzən daha güclü olmaq fürsəti verir. Makron şəxsi həyatda qurduqları əlaqələri də dəyərləndirir”.

Xatırladaq ki, iyulun 25-də Trampa Makronun “İsrail Qəzzanı bombalamağa davam edərsə, Fələstin dövlətini tanıyacağı” ilə bağlı açıqlaması barədə suala ünvanlanıb, ABŞ prezidenti isə bu qərara əhəmiyyət vermədiyini bildirib. Tramp Makron haqqında: “O, çox yaxşı insandır, ondan xoşum gəlir. Amma bu açıqlamanın heç bir əhəmiyyəti yoxdur” deyib.

“Politico”nun məlumatına görə, xarici rəsmilər Trampla şəxsi əlaqələrin diplomatik proseslərə müsbət təsir etdiyini vurğulayıblar. Hesabatda NATO-nun Haaqa sammitindən sonra Trampın Avropa təhlükəsizliyinə baxışının yumşaldığı və Ukraynaya yardım mövzusunda çevik olduğu şərh edilib.

Kanadanın baş naziri Mark Karninin seçkidən sonra Trampla münasibətləri düzəltməyə çalışması da bu strategiyanın nümunəsi kimi önə çıxır.

Trampın bir müddət əvvəl Şotlandiyada iştirak edəcəyi qolf yarışından əvvəl şəxsi telefonu ilə Britaniya lideri Starmerə mesaj göndərdiyi də öyrənilib. Səlahiyyətlilər Starmerin Trampla sıx əlaqə saxladığını və iki liderin mart ayında WhatsApp vasitəsilə mesajlaşdığını bildiriblər.Musavat.com

Избранный
4
moderator.az

1Источники