RU

3 ağır ürək diaqnozu olan xəstə ölümdən son anda qurtuldu

ain.az xəbər verir, Medicina saytına əsaslanaraq.

Bərdənin Mirzəxan kəndindən olan 22 yaşlı Saleh anadangəlmə ağır və ciddi ürək qüsurları ilə doğulub.

İllərlə əməliyyatın riskli, mümkünsüz olduğu deyildiyi üçün xəstə müalicələrlə həyata tutunmuşdu.

“Medicina” xəbər verir ki, kardiocərrah Rəşad Mahmudov ən çətin müştərək əməliyyat icra etdiyi xəstənin xilas hekayəsini paylaşıb.

“Anadan olduğu gündən çox nadir və mürəkkəb ürək qüsurlarıyla dünyaya gəlib: TGA tipli Fallot tetradası ilə birlikdə seyredən PulmonarAtreziya və qalxan AortanınAnevrizması. Bu diaqnozlar dünyada həm anatomiya, həm əməliyyat, həm də qərar baxımından bəlkədə ən çətin müştərək anadangəlmə ürək qüsurlarından sayılır.

İllərlə bu vəziyyətdə əməliyyatın mümkünsüzlüyü deyilmişdi. Ancaq son günlərdə vəziyyətinin kəskin ağırlaşması səbəbilə xəstəxanamıza gətirildi. Artıq seçim qalmamışdı.

Biz xəstə və komanda olaraq bir-birimizə güvənərək bu ağır əməliyyatı girməyə qərar verdik. Və çox şükür ki, bu gün Saleh sağ-salamat yanımızdadır və sabah onu evinə yola salırıq.

Uğur bəzən yalnız texniki və elmi biliklə deyil, qəlbdən inanmaqla, ümidi itirməməklə və birlik ruhuyla əldə edilir”.

Aygün Musayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
icma.az

2Источники