RU

Körpələr niyə şəkərli diabetlə doğulur? Pediatr AÇIQLADI

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son dövrlərdə yeni doğulan körpələrdə şəkərli dibetə rast gəlinir.

Bəs bunun əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən 5 saylı uşaq poliklinikası pediatriyasının şöbə müdüri Mahirə Eyniyeva bildirdi ki, son dövrlərdə yenidoğulan körpələrdə şəkərli diabetə çox rast gəlinir.

"Bunun başlıca səbəblərindən biri də genetik faktorların və metabolizmal problemlərin olmasıdır. Bunların araşdırılması üçün hamiləlik vaxtı anadan yaxşı anamnestik məlumatlar toplanılmalıdır. Ginekoloqun borcudur ki, bu anamnestik məlumatları toplasın. Rutin olaraq hamilə bir qadın vaxtı-vaxtında analizlərini verməlidir. Şəkərli diabetli bir anadan təbii ki, şəkərli diabetli bir övlad da dünyaya gəlmə şansı daha çoxdur. İlk faktor genetik faktordur".

Pediatırın sözlərinə görə, metabolizmal faktorlar da bu məsələdə rol oynayır.

"Elə metabolizmal xəstəliklər var ki, nəticədə uşaq şəkərli diabetlə doğulur. Uşaq doğulandan sonra topuq testi analizi edilməlidir. Bu, sırf uşağın iki həftəliyinə qədər olunmalıdır. Topuq testi analizində biz kriteriyalara baxırıq. Hətta genetik analizə qədər biz uşaqdan o məlumatları, analizləri götürürük, cavabına əsasən başlayırıq müalicə etməyə. Sırf əsas məsələlər isə qeyd etdiyim iki faktorla bağlıdır", - deyə M.Eyniyeva bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
redaktor.az

2Источники