RU

"Əl-Nəsr" "Çelsi"nin hücumçusunu transfer etdi

BAKI, 29 iyul. TELEQRAF

İngiltərənin "Çelsi" klubunun futbolçusu Joau Feliks karyerasına Səudiyyə Ərəbistanında davam etdirəcək.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu "Əl-Nəsr"ə transfer olunub.

Ər-Riyad təmsilçisi 25 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.

"Çelsi" bu satışdan 50 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Joau Feliks ötən mövsümün ikinci yarısı icarə əsasında İtaliya "Milan"ında keçirib. O, meydana çıxdığı 21 oyunda 3 qol müəllifi olub.

Избранный
28
teleqraf.com

1Источники