RU

Bu şəxslər 14% vergi ödəməlidir

Son illər kriptovalyutalara marağın artması ilə bu sahədə fəaliyyət göstərən şəxslərin sayı da çoxalıb. Rəqəmsal valyutalar vasitəsilə gəlir əldə edənlər üçün isə əsas suallardan biri bu fəaliyyətin vergi öhdəliklərinə səbəb olub-olmamasıdır. Kriptovalyuta üzrə ekspert Elnur Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur: “Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir”. E.Quliyev qeyd edib ki, kriptovalyuta əməliyyatlarının leqallaşdırılması, sadələşdirilmiş prosedurlar və optimal vergi dərəcəsini tətbiq etməklə üç önəmli məsələni həll etmək mümkündür. Onun sözlərinə görə, birincisi, Azərbaycanda rəqəmsal aktivlər üzrə əməliyyatların statistik uçotu aparıla bilər. İkincisi olaraq, kriptovalyuta əməliyyatlarının dövriyyəsi müəyyən edilərək vergiyə cəlb olunması təmin olunar. Üçüncüsü isə maliyyə texnologiyaları sahəsində – mübadilə servisləri, mayninq fermaları və kripto-birjalar kimi yeni biznes fəaliyyət növləri meydana gələr".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
9
metbuat.az

1Источники