Ənənəvi ailə institutu bərpa edilsin! — Deputatdan TƏKLiF
“Ənənəvi – ağsaqqal məsləhəti ilə hərəkət edilən ailə institutu bərpa edilməlidir. Bu, zorakılıqların qarşısını almaqda rol oynayar”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, cəmi 1 ailədə zorakılıq olsa belə, bu, cəmiyyət üçün ağrıdıcı xəbərdir:
“Hesab edirəm ki, bu məsələyə qarşı hər tərəfli bir fəaliyyət planımız olmalıdır. İnsanların maariflənməsinə, insanların ailə haqqında doğru məlumata malik olmasına çalışmaq lazımdır. Çox təssüf ki, ətraf-mühit, ilk növbədə sosial şəbəkələr və media ancaq uğursuz ailə nümunələrini göstərir.
O ailələrdəki problemlərin aradan qaldırılması mexanizmi göstərilməlidir.
Gənclərdə belə fikir yaranır ki, bir problemi həll etmək üçün ya ailəni dağıtmaq, ya da zorakılıq etmək lazımdır. Uğur ailə nümunələri, ailələrdəki problemlərin həll yolları təbliğ edilməlidir”.