Instagram-da yeni canlı məkan izləmə funksiyası 26 iyul 2025-dən etibarən bir çox ölkədə, o cümlədən Türkiyədə istifadəyə verilib.
News24.az xəbər verir ki, bu funksiya vasitəsilə istifadəçilər dostlarının real vaxtda harada olduqlarını görə bilirlər.
Canlı məkanı necə paylaşmaq olar?
1. DM qutusuna daxil olun.
2. Yuxarıdakı xəritə işarəsinə klikləyin.
3. Parametrlər simgesinə toxunaraq, yerinizi kimin görə biləcəyini seçin.
Canlı məkan paylaşımı necə bağlanır?
– "Heç kim (Məkanı paylaşma)" seçimini aktiv edin.
– İstəyə uyğun olaraq 3 saat, 24 saat və ya “yenidən aktiv edənə qədər” bağlana bilər.
Xeyrənsə Piriyeva