RU

Rusiya kəşfiyyatı: Zelenski bu şəxslə əvəzlənəcək

BAKI, 29 iyul. TELEQRAF

Bu yaxınlarda ABŞ və Britaniya nümayəndələri Alp dağlarında Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujninin iştirakı ilə görüş keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Qurumun iddiasına görə, ABŞ və Britaniyanın təşkil etdiyi görüşdə iştirak edənlər Prezident Volodimir Zelenskinin dəyişdirilməsinin vaxtının çatdığı barədə razılığa gəliblər.

Rusiya kəşfiyyatı bildirib ki, gizli görüş zamanı Zalujnının Ukrayna prezidenti postuna namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Избранный
25
2
teleqraf.com

3Источники