RU

Fransanın qərəzli cəhdləri heç nəyi dəyişməyəcək - AÇIQLAMA

"Fransa Milli Assambleyasında Azərbaycana qarşı atılan addımlarda erməni lobbisinin rolu böyükdür".

Bu barədə deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesində irəliyə doğru gedərkən, Fransa Assambleyası belə məsələni gündəmə gətirir:

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün yaranmış şansdan istifadə etmək əvəzinə Fransa təxribata əl atır, münasibətləri gərginləşdirməyə çalışır. Bu cür səylər ciddi problemlər yaradır. Fransa əmin olsun ki, qərəzli cəhdləri heç nəyi dəyişməyəcək”.

Ceyhun Məmmədov, deputat

Deputat qeyd edib ki, bu cür qərarlarla, qətnamələrlə Azərbaycanın mövqeyinə təsir edə bilməzlər. Ona görə də bu cür təxribatlara son qoymaq lazımdır:

“Azərbaycan öz torpaqlarını azad edib. Hazırda tərəflər arasında sülh danışıqları gedir və sazişin mətni hazırdır, münasibətlər də normallaşır. Yaxşı olar ki, Fransa kimi ölkələr bu məsələyə müdaxilə etməsin, öz "töhfələrini" verməsinlər. Çünki biz sülh istəyirik və görünən odur ki, Paşinyan hökuməti də sülh sazişinin imzalanmasını istəyir. Sülhün əldə olunması üçün mövcud olan imkanlardan maksimum yararlanmaq lazımdır".

Qeyd edək ki, iyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən Azərbaycana qarşı növbəti qətnamə təşəbbüsü irəli sürülüb. Qətnamədə qondarma məfhumlara (“dağlıq-qarabağ respublikası, artsax) yer verilib. Bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar çoxsaylı "narahatlıqların" olduğu qeyd olunub. Həmçinin, Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslər üzərində məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilib, onların dərhal azad olunması tələbi irəli sürülüb.

Aydın Baxış

Избранный
3
1
bakivaxti.az

2Источники