RU

ABŞ və Böyük Britaniya Yermak, Budanov və Zalujnı arasında gizli görüş təşkil edib?

ABŞ və Böyük Britaniyanın nümayəndələri Alp dağlarında Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnı  arasında gizli görüş təşkil ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Bir müddət əvvəl Alp kurort şəhərlərindən birində ABŞ və Böyük Britaniya nümayəndələri gizli görüş təşkil etdilər... Yermak,... Budanov və... Zalujnı arasında", deyə, - Rusiya Xarici Kəşfiyyat İdarəsinin məlumatında qeyd edilir.

Amerikalı araşdırmaçı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş bildirib ki, Zalujni bir neçə ay ərzində Zelenskini əvəz edə bilər.

Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, ABŞ və Böyük Britaniya prezident postuna Ukraynanın Londondakı səfiri Valeri Zalujninin namizədliyini irəli sürmək istəyirlər. 

Избранный
7
ikisahil.az

1Источники