RU

Ölkəyə təzyiqlər Qəzzada atəşkəs şansını sarsıdır - İsrail XİN

İsrailə beynəlxalq təzyiqlər onun siyasətini dəyişməyəcək, bu, yalnız Qəzza zolağında atəşkəsə nail olmaq və girovların azad edilməsi şanslarını zəiflədir.

Qaziler.az-ın məlumatına görə, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi mətbuat konfransında deyib.

"Diplomatik təzyiq siyasətimizi dəyişməyəcək. Heç bir xarici qüvvə İsraili öz təhlükəsizliyini qurban verməyə məcbur etməyəcək. Biz həmişə konstruktiv dialoqa açığıq, lakin bizə təzyiqlər nəticə verməyəcək. İsrailə təzyiq Qəzzada atəşkəs və girovların azad edilməsi şanslarını birbaşa pozur. O, yalnız hərbi eskalasiyaya təkan verir, HƏMAS-ın danışıqlarda mövqeyini sərtləşdirir”, - Saar əlavə edib.

Nazir hesab edir ki, Qəzza zolağında HƏMAS-a hərbi təzyiqlər öz təsirini sübut edib, lakin bu, yeganə yol deyil və yəhudi dövləti də diplomatiyadan istifadə etməyə hazırdır.

QAZİLER.AZ

Избранный
12
2
qaziler.az

3Источники