ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Mash" teleqram kanalı məlumat yayıb.
Belə ki, müğənni təşkilatçılarla razılığa gəlib və avqustda səhnəyə çıxmağı planlaşdırıb. O, bunun müqabilində 1 milyon dollar qonorar alacaqmış. Fikrin sonradan dəyişdirməsinə səbəb kimi Rusiya ilə Ukrayna arasındakı müharibə dövründə konsertin Lopezin imicinə xələl gətirəcəyi göstərilib.
Qeyd edək ki, Cennifer Lopez avqustun 1-də Qazaxıstanda çıxış edəcək.
Zərintac Mayisqızı
Missiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.