Madrid “Real”ının ispaniyalı dayaq yarımmüdafiəçisi Mario Martin bundan sonra La Liqanın digər təmsilçisi “Xetafe”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
La Liqa kollektivləri arasındakı icarə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
Mario Martin “Real”ın öz yetirməsidir. 21 yaşlı yarımmüdafiəçi paytaxt klubunun əsas komandasında cəmi 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Martin ötən mövsümü icarə əsasında “Valyadolid”də keçirib. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
İspan futbolçu ölkəsinin U-19 yığmasının formasını geyinsə də, sonradan milliyə dəvət almayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

