RU

Joao Feliksin “Əl-Nəsr”ə keçidi rəsmiləşdi

Portuqaliyalı hücumçu Joao Feliksin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi rəsmiləşib

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.

Transferin ilkin məbləği 30 milyon avro təşkil edir. Lakin bonuslarla birlikdə bu rəqəm 50 milyon avroya qədər yüksələ bilər.

“Bura sevinc bəxş etməyə gəlmişəm. Gəlin birlikdə qələbələr qazanaq”, – deyə Feliks təqdimat zamanı bildirib.

Feliksin transferində Kriştiano Ronaldonun da müəyyən təsiri olduğu bildirilir.

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Premyer Liqasının son mövsümündə üçüncü yeri tutub.

25 yaşlı futbolçu 2024-cü ilin yayında Madrid “Atletiko”sundan Londonun “Çelsi” klubuna keçmişdi. Geridə qalan mövsümün ikinci yarısını isə icarə əsasında İtaliyanın “Milan” komandasında keçirmişdi.

“Transfermarkt” portalına əsasən, Joao Feliksin hazırkı bazar dəyəri 20 milyon avrodur.

Избранный
13
90deqiqe.az

1Источники