RU

Miras davası cinayətlə bitdi: Bir oğlunu öldürdü, digərini ağır yaraladı

Türkiyənin Adana şəhərində miras üstündə yaranan mübahisə cinayətlə nəticələnib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı Erol Kösə oğulları ilə küçədə mübahisə etdikdən sonra tüfəngə əl atıb.

Hadisə zamanı o, 42 yaşlı oğlu Nihat Kösəni öldürüb, 34 yaşlı Məsut Kösəni ağır yaralayıb. Ata hadisədən sonra həbs olunub. Hücumda iştirak edən və hadisədən qaçan digər oğul Murat Kösənin tutulması üçün isə axtarışlar davam edir.

Məlum olub ki, hadisədən əvvəl Murat Kösə, öldürülən əlil qardaşı Nihat Kösəyə mobil telefonla təhdid mesajları göndərib.

Избранный
29
publika.az

1Источники