RU

İslam İnkişaf Bankının Özəl Sektor Korporasiyası Azərbaycana 135,2 milyon dollar maliyyələşdirmə ayırıb

2024-cü ilin sonuna olan məlumata əsasən, İslam İnkişaf Bankı Qrupuna (IsDB) daxil olan İslam Özəl Sektorun İnkişafı Korporasiyası (ICD) Azərbaycana 1999-cu ilin noyabrından bəri ümumilikdə 135,20 milyon ABŞ dolları məbləğində maliyyələşdirməni təsdiqləyib.

Finss.az ICD-nin illik hesabatına istinadən xəbər verir ki, həmin dövrdə faktiki olaraq ayrılmış vəsaitlərin (disbursların) həcmi 113,75 milyon ABŞ dolları təşkil edib.

Qlobal səviyyədə isə 2024-cü ilin sonuna qədər ICD tərəfindən təsdiqlənmiş ümumi maliyyələşdirmə 7,6 milyard ABŞ dollarını, faktiki disburslar isə 5 milyard ABŞ dollarını ötüb.

Xarici valyutada olan xalis aktivlərə gəldikdə, 2024-cü ilin sonunda Azərbaycana ayrılan vəsaitlərin həcmi 959,541 ABŞ dolları olub. Bu göstərici 2023-cü ilin sonunda 2,06 milyon dollar təşkil edirdi.

2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 konfransında ICD iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərə dəstəyini təsdiqləyib. Konfransda dövlət qurumları, investorlar və özəl sektor liderləri Paris Sazişinə uyğun milli öhdəliklərin (NDCs) icrasını müzakirə ediblər.

Tədbir çərçivəsində çoxtərəfli iqlim fondlarına çıxış imkanlarının artırılması, müraciət prosedurlarının sadələşdirilməsi və donorlar arasında əlaqələndirmənin yaxşılaşdırılması məsələləri müzakirə olunub. Həmçinin, dövlət-özəl tərəfdaşlığının iqlim layihələrinə investisiyaların cəlb olunmasında xüsusi rolu vurğulanıb.

Избранный
6
fins.az

1Источники