RU

Bu gölün su səviyyəsi 5%-dən də aşağı DÜŞDÜ

Tekirdağın Marmaraereğlisi rayonunda yerləşən Türkmenli Göleti ciddi quruluq səbəbilə demək olar ki, tamamilə quruyub. 

News24.az xəbər verir ki, doluluq səviyyəsi 5%-dən aşağı düşən göl həm içməli, həm də suvarma suyu baxımından təhlükə altındadır. Bələdiyyə sədri Onur Bozkurter “Artıq su qalmayıb, göl çamur içindədir” deyərək vəziyyətin ciddiliyinə diqqət çəkib.

Yay aylarında əhalinin 4-5 qat artdığını bildirən Bozkurter, su ehtiyatlarının yetmədiyini bildirib və sakinlərə xahiş edib: “Hovuz doldurmayın, maşın yuyulmasın, su israfına yol verməyək. Təkcə bölgəmiz deyil, bütün Türkiyə quruluq təhlükəsi ilə üz-üzədir.”

Xeyrənsə Piriyeva

Избранный
31
news24.az

1Источники