ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Amerikadakı respublikaçı senatorlar Donald Trampın Vladimir Putinə verdiyi ultimatumu və 50 günlük vaxtı 12 günədək qısaltmasını dəstəkləyirlər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bir çox respublikaçı ABŞ senatoru Putinin ünvanına kəskin fikirlərin yer valdığı açıqlamalar veriblər. Ümumilikdə Senat üzvləri hesab edir ki, Putini sülhə məcbur etməyin yeganə yolu iqtisadi təzyiq və güc yoludur.

Respublikaçı senator Con Kennedi Putinlə danışıqları “köpək balığını əllə yemləmək”lə müqayisə edib. O deyib ki, “Putinin caynaqlarında qan var” və o, “təkcə ukraynalıların deyil, həm də öz xalqının qəssabıdır”: "Putin yalnız güc dilini başa düşür. Onunla ortaq dil tapmaq mümkün deyil. Onu danışıqlara sövq etməyin yeganə yolu onun hərb maşınını ac qoymaqdır. Biz ikili sanksiyalar vasitəsilə, Rusiya neftinin satışını dayandırmaqla onun büdcəsinə zərbə vurmalıyıq".
Senator əlavə edib ki, Putin ABŞ-yə, şəxsən Trampa saymaz yanaşır və yalan danışmaqla məşğuldur: “O, dil açmazdan əvvəl yalan danışmağı öyrənib”.
Digər respublikaçı senator Bernie Moreno qeyd edib ki, Putin Trampla oyun oynaya bilməyəcəyini “tezliklə anlayacaq”: "Ukraynadakı qətllər dayandırılmalıdır. Və əgər Putin vaxt uzatmaq və ya oyun oynamaq istəsə, görəcək ki, Tramp belə oyunları oynamır”.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.