RU

30 yaşın var, amma özünü 50 dəki kimi hiss edirsən? Səbəb bioloji yaşdır

Medicina saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sənədlərdə 30 yaşınız yazılıb, amma səhərlər özünüzü 50 yaşlı biri kimi halsız və yorğun hiss edirsiniz? Bu, sadəcə yorğunluq deyil, bədəninizin sizə verdiyi ciddi bir siqnal ola bilər.

“Medicina” xəbər verir ki, endokrinoloq Ayşən Xəlilova pasport yaşı ilə bioloji yaş arasındakı fərqi izah edib və bioloji yaşın əsas göstəricilərinə diqqət çəkib.

Bioloji yaş nədir?

Endokrinoloqun sözlərinə görə, insanın özünü neçə yaşda hiss etməsi onun bioloji yaşıdır. Bu yaşın formalaşmasına və gənc qalmağımıza təsir edən əsas faktorlar hormonlardır.

Gəncliyin açarı olan 3 əsas hormon:

1. Dehidroepiandrosteron sulfat (DHEA-S)

2. Estrogenlər

3. Böyümə hormonu (GH)

Bu hormonlar təkcə fiziki görünüşümüzə deyil, həm də iş qabiliyyətimizə, dərimizin vəziyyətinə, əzələ və sümük sistemimizin sağlamlığına, psixoloji durumumuza və hətta immunitetə ciddi təsir edir.

Bioloji yaşı necə “gənc” saxlamaq olar?

Həkimin tövsiyələrinə görə, bioloji yaşın pasport yaşını “ötməməsi” üçün gündəlik həyat tərzimizdə bunlara diqqət etməliyik:

- Sağlam və balanslı qidalanma

- Kifayət qədər su içmək

- Gec yatmamaq

- Stresdən mümkün qədər uzaq durmaq

Əgər bu qaydalara riayət etməyinizə baxmayaraq uzun müddət davam edən yorğunluq, halsızlıq hiss edirsinizsə, bu zaman endokrinoloqa müraciət etmək vacibdir. Ola bilər ki, hormon balansınız pozulub və bədəniniz artıq “bioloji olaraq” yaşlanmağa başlayıb.

Aygün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
icma.az

2Источники