RU

AJPO İsraili Beynəlxalq Cinayət Məhkəməsinə verdi

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Fransada vəkillər, hökumət və 19 millət vəkili barəsində "İsrailin Qəzzada və işğal altındakı İordan çayının qərb sahilində törətdiyi soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinə şərik olduqları" ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət ediblər.

"Cebheinfo.az" xəbər verir ki, yüzdən çox fransız vəkilin üzv olduğu “Yaxın Şərqdə Ədalət üçün Vəkillər Assosiasiyası” (AJPO), “Sülh naminə Fransız Yəhudiləri İttifaqı”nın (UJFP) saytında dərc olunan məlumata görə, Fransa Prezidenti Emmanuel Makron, Baş nazir Fransua Bayru, Müdafiə naziri Sebastyan Lekornu və 19 millət vəkilini İsrailin Qəzzada və işğal altındakı ərazilərdə törətdiyi cinayətlərə şərik olmaqda ittiham edib.

AJPO bəyan edib ki, İsrail dövlətinin işğal altındakı Fələstin ərazilərində müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımı törətməsini asanlaşdırdığına və bu prosesin davam etməsinə səbəb olduğuna inanmaq üçün əsaslı səbəblər mövcuddur.

Bu əsasla təşkilat Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi şəkildə müraciət edərək Fransa hökumət rəsmiləri barəsində istintaq başladılmasını tələb edib.

BCM-yə təqdim olunan 56 səhifəlik müraciətdə Fransız hökumətinin, məhkəmənin yurisdiksiyasına daxil olan Roma Statutunun 25-ci maddəsinin 3-cü bəndinə əsasən, “İsrailin törətdiyi cinayətlərə şərik olduğu” vurğulanıb.

Qeyd olunub ki, Fransa hökuməti İsrailin Fələstin torpaqlarında törətdiyi cinayətlərə "mənəvi və diplomatik" dəstək verdiyi kimi, Fransız-İsrail ikili vətəndaşlığı olan əsgərləri cəzalandırmaması və İsrailə silah yardımı göstərməsi ilə bu cinayətlərə "maddi dəstək" də verib.

Bildirilib ki, Fransa hökuməti İsrailin işğal altındakı Fələstin torpaqlarında həyata keçirdiyi müstəmləkəçilik fəaliyyətlərinə də mane olmayaraq bu prosesə “iqtisadi dəstək” göstərib.

Vurğulanıb ki, “İsrailin törətdiyi cinayətlərdən xəbərdar olan” Fransa bu cinayətlərin baş verməsini asanlaşdırmaq əvəzinə, onların qarşısını almağa borclu idi. Hökumətin hərəkətsizliyi isə “bu cinayətlərin bu qədər uzun və ağır şəkildə davam etməsinə” səbəb olub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
cebheinfo.az

2Источники