
“Reomed” klinikası MediHoll hospitalı adı altında fəaliyyət göstərir – Saxta həkimlər, cərrahlar, kosmetoloqlar…
[center][/center]
Azərbaycanda son illər saxta həkimlərə qarşı tədbirlər gücləndirilməsinə baxmayaraq, hələ də bir çox özəl klinikalarda lisenziyasız fəaliyyət göstərirrilər.
Sertfikasiyadan keçməyən, lisenziyası olmayan həkimlər də fəaliyyətlərini həmin klinikalarda davam etdirirlər.
Xalq -a daxil olan məlumata görə lisenziyası olmayan həkimlərin hazırda gizlim fəaliyyət yerlərindən biri S. Bəhlulzadə küçəsində yerləşən əvvəl Reomed olan hala hazırda isə MediHoll adlı klinikadır.
Adı çəkilən klinikanın əslində doğru adı Reo-Meddir. Bildirək ki, bir müddət öncə rəsmi məlumata görə qanuni təmsilçisi Rauf Rüstəmov “Reo-Med Tibb Mərkəzi”nin fəaliyyətinin dayandırıldığını bildirib.
Əldə etdiyimiz məlumata görə hazırda MediHoll hospitalında çoxlu sayda sertifkasiyadan keçməyən cərrahlar, lisenziyası olmayan kosmetoloqlar gizli fəaliyyətlərini davam etdirirlər.
[center][/center]
Ancaq qısa müddətdən sonra ReoMed rəhbərliyi klinikanın adını MediHoll-a dəyişərək gizli fəaliyyətini davam etdirib.
[center][/center]
Cərrah Məryəm pasiyentlərə estetik əməliyyatlar icra edir. Kosmetoloq Ema və Kamilla isə müştəriləri zənglə qəbula yazır və qapıda adlarını qeyd etdirərək kosmetoloji prosedurrları həyata keçirir.
Klinikaya yaxınlaşdıqda qapının ağzında dayanan mühafizəçilər bildirir ki, tibb müəsissəsi işləmir, ancaq hansısa həkimin adını çəkəndə ona zəng olunur və pasiyent içəri buraxılır.
Görünən budur ki, dövlətin qanunlarından qaçan saxta cərrahlar, kosmetoloqlar, yenədə gizli şəkildə vətəndaşları aldatmaqda və qanunları heç saymaqda davam edirlər.
Əvvəl “Reo-med “olan hal- hazırda isə “Mediholl” hospitalı kimi fəaliyyət göstərən klinikaya rəhbərliyi Rəsul adlı şəxs həyata keçirir.
Digər bir məlumatda isə qeyd olunur ki, müxtəlif şəxslərdən ödənişlər alınaraq onlara tibb bacısı, kosmetoloq və fizioterapevt ixtisası kursunu bitirmək adı altında sertikatı verilir və işlə təmin olunması üçün klinikanın otaqları icazərəyə verilir ki, pasiyentləri qəbul etsinlər.
Bununla bağlı araşdırmamız davam edir.
Məsələ ilə Səhiyyə Nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı. Klinikanın rəhbəri Rəsul adlı şəxs isə telefon zənglərinə cavab vermədi.
Həmçinin qeyd edək ki, ötən ay “Reo-Med Tibb Mərkəzi” MMC barəsində 2000 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, qanuni təmsilçisi Rauf Rüstəmov Camal oğlu olan “Reo-Med Tibb Mərkəzi”nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 33.332,02 AZN vergi borcu var.(Xalq)
Yazıda qurumların və adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.